Xətai rayonunda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb (FOTO)

Müqəddəs Ramazan ayı münasibətilə Xətai rayonunda şəhid ailələri
və qazilər üçün iftar süfrəsi açılıb.

İftar mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rafiq
Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon
Ağsaqqallar şurasının sədri professor İzzət Rüstəmov, Xalq artisti,
şəhid atası Əli Nur, Əməkdar artist Azad Şükürov, Vətən Müharibəsi
Qəhrəmanı Elçin Mansurovun anası Məleykə Mansurova, Vətən
Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun atası Aydın Həsənov, hüquq
mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər iştirak
ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən
şəhidlərimizin əziz xatirəsi yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd edib ki,
insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayı
dünya müsəlmanlarının ən əziz ayıdır. İftar süfrələrinin təşkil
edilməsi ölkəmizdə gözəl ənənəyə çevrilib. Həmçinin icra başçısı
vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu
işğal altında olan torpaqlarımızı azad etdi. Ordumuzun və
xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq
qəhrəmanlıq səhifəsi yazıldı.

Daha sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə
söhbət açılıb, bu ayın insanlar arasında mənəvi saflığın
tərənnümçüsü olduğu qeyd olunub.

Natiqlər qeyd ediblər ki, xalqımız Vətənimizin ərazi
bütövlüyünün təmin olunmasında şəhidlərimizin, qazilərimizin,
müharibə iştirakçılarının rəşadət və şücaətlərini yüksək
dəyərləndirir, müqəddəs Ramazan ayında şəhidlərimizin ailələrinə,
qazilərimizə, müharibə iştirakçılarına, dövlət başçımıza, ailəsinə
və millətimizə Uca Allahdan xeyir-dualar diləyir.

Teqlər: