Xətai rayonunda sakinlərlə növbəti səyyar görüş keçirilib (FOTO)

Xətai Rayon İcra Hakimiyyəti başçısının və aparatın rəhbər
işçilərinin keçirdikləri şifahi qəbullarla yanaşı mövcud
problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə
səyyar görüşlərin keçirilməsinə start verilib.

Aprelin 7-də rayon ərazisindəki 17 saylı tam orta məktəbdə
keçirilən növbəti görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq
Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə,
hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri
iştirak ediblər.

Görüşdə çıxış edən icra başçısı Rafiq Quluyev cənab Prezidentin
müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici
siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın
ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan
vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra
başçısı 44 günlük Vətən müharibəsində cənab Prezident İlham
Əliyevin Ali Baş Komandanlığı ilə qalib Ordumuzun düşməni məhv edib
torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə
başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi
kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında
bildirib ki, bu gün ölkəmizin hər bir bölgəsində, o cümlədən Xətai
rayonunda geniş tikinti, abadlıq-quruculuq işləri həyata keçirilir,
yeni yollar çəkilir, sosial layihələr reallaşdırılır: “Ölkəmizin
hər regionunda insanların rahatlığının təmin olunması,
sahibkarlığın inkişafı üçün bütün zəruri işlər görülür. Vətəndaş
məmnunluğunun artırılması üçün dövlət zəruri olan bütün addımları
atır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması
istiqamətində cari ildə imzaladığı Fərman və Sərəncamlar da hər bir
ailəni əhatə etməklə onların həyat səviyyəsinin daha da
yaxşılaşdırılmasına xidmət edir”.

Səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib,
səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə
araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli
vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı
aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki
qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən
işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti İlham Əliyevə
minnətdarlıq ifadə ediblər.

Teqlər: