Xətai rayonunda ev yanıb

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonda bir dam altında bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 20 m² olan evin yanar konstruksiyaları və ümumi sahəsi 20 m² olan evin dam örtüyünün taxta atmaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: