Xətai Rayon İcra Hakimiyyətində Yaponiyanın “Kosugi Zohen” şirkətinin rəhbəri ilə görüş keçirilib (FOTO)

Azərbaycanda səfərdə olan Yapon bağları və parklarının salınması
və dizaynı üzrə ixtisaslaşmış məşhur “Kosugi Zohen” şirkətinin
rəhbəri Saki Kosuqi və həmin şirkətin meneceri Andreas Hamaçer ilə
Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP
Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, aparatın məsul
şəxsləri iştirak ediblər.

Görüş zamanı Azərbaycan-Yaponiya dostluq münasibətləri
çərçivəsində iş birliyinin davam etdirilməsi müzakirə olunub.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Yaponiya –
Azərbaycan diplomatik əlaqələrinin 30 illiyindən, 44 günlük Vətən
müharibəsində əldə olunan Böyük Zəfərdən, işğaldan azad edilmiş
ərazilərdə gedən yenidənqurma və bərpa işlərindən danışıb.
Yaponiya nümayəndə heyətinin rəhbəri Saki Kosuqi hər dəfə
Azərbaycanda, Bakıda, o cümlədən Xətai rayonunda olmaqdan
məmnunluğunu bildirib. Lakin pandemiya səbəbindən təxminən 2 ildir
Azərbaycana gələ bilmədiyini qeyd edən qonaq bildirib ki, Yapon
bağının məhz Xətai rayonundakı öz gözəlliyi ilə seçilən, əhalinin
daha çox üstünlük verdiyi istirahət məkanı olan, Azərbaycan
xalqının Ümummilli Liderinin adını daşıyan Heydər Əliyev parkında
olması onu çox sevindirir. Çünki məhz bu dahi şəxsiyyətə olan böyük
sevgi və parkın füsunkarlığı yapon mədəniyyətini özündə əks etdirən
Yapon bağının məhz həmin ərazidə salınmasına səbəb olmuşdur.
Yaponiyalı qonaq, həmçinin bağın yüksək səviyyədə qorunub
saxlanılmasından məmnun olduğunu vurğulayıb. Eləcə də Azərbaycana
növbəti gəlişi zamanı Qarabağa, Şuşaya səfər etmək arzusunda
olduğunu bildirib.

Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub, xatirə
şəkilləri çəkdirilib.

Teqlər: