Hakimləri döyən məşqçiyə cəza verildi

AFFA İntizam Komitəsi U-15 liqasında çıxış edən EFA komandasının
baş məşqçisi Vüsal Mustafayevi 1 il 6 ay müddətinə futbolla
əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum
edib.

Trend xəbər verir ki, buna mütəxəssisin “Keşlə” (hazırkı “Şamaxı) ilə görüşdəki davranışları səbəb olub.

Mustafayev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə
ilə meydandan kənarlaşdırılıb. Baş məşqçi daha sonra dəhlizdə olan
zaman hakimləri təhqir edib və fiziki təzyiq göstərib. O, həmçinin
valideynləri referilərə qarşı ədavətə və qəddarlığa da vadar
edib.

Qarşılaşma yarımçıq dayandırıldığı üçün EFA-ya texniki
məğlubiyyət verilib.

Teqlər: