Xətai İH-in tədbirində foto qalmaqalı

Xətai İH-in tədbirində foto qalmaqalı

Xətai rayon İcra Hakimiyyətinin və Xətai RPİ-nin təşkilatçılığı ilə 264 nömrəli tam orta məktəbdə keçirilən “Narkomaniyaya “yox” deyək” tədbiri sosial şəbəkələrdə tənqidə məruz qalıb.

AzerTimes xəbər verir ki, Xətai RİH-in internet resursu 10 mart 2023-cü il tarixində keçirilən tədbirlə bağlı ilk xəbərində paylaşdığı fotoda Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə aid olan vinil diqqəti cəlb edib.

Bu il Ulu öndərin 100 illik yubileyinin qeyd ediləcəyini xatırladan sosial şəbəkə istifadəçiləri iki il öncəki vinilin indiyə qədər saxlanılmasını rüsvayçılıq adlandırıblar. Bəziləri isə bir az da irəli gedərək, xəbərin saxtalaşdırıldığını iddia edib.

Lakin hazırda xəbərdə yeni fotolardır, çıxış edənlər və görüşə gedənlər dəyişməsə də, masanın dizaynında fərq ilk baxışdaca görünür.

Məsələ ilə bağlı Xətai İH-dən açıqlama almaq mümkün olmayıb.

Teqlər: