Pakistan və Taliban arasında atışma: ölü və yaralılar var

Pakistan və Taliban arasında atışma: ölü və yaralılar var

Əfqanıstanla sərhəddə, Cənubi Vəziristanda keçirilən hərbi əməliyyat zamanı Taliban ilə Pakistan ordusu arasında atışma baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Pakistan ordusu bəyanat yayıb.

“Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma zamanı 8 terrorçu öldürülüb, 2 əsgər isə yaralanıb. Təəssüf ki, atışma zamanı iki uşaq şəhid olub”, – bəyanatda qeyd edilib.

Uşaqların hansı şəraitdə ölməsi və terror qruplaşmasına mənsub olub-olmaması barədə məlumat verilmir.

Teqlər: