Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir – Baş prokuror

Xəbər - Samir Əli – Trend:

Koronavirus xəstələrinin müalicə olunduğu klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir.

AzerTimes-ın məlumatına görə, bunu Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, fakt bağlı ictimaiyyətə ətraflı məlumat verilib:


“İstintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək. Bu ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları da bu sahədə üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək”.

Teqlər: