Ermənistanın mülki əhaliyə qarşı cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb – Kamran Əliyev

Xəbər - Samir Əli – Trend:

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb.

AzerTimes-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, bu, diplomatiya sahəsində həyata keçirilən addımlardır: “Münaqişə başlayan ilk gündən bəri bununla bağlı müvafiq tədbirlər görülüb, hüquqi müstəvidə addımlar atılıb. Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı həm cinayət təqibi qaydasında, həm mülki qaydada iddiaların qaldırılması təmin ediləcək”.

Teqlər: