Xəstəxanalarda soyuq zəncir sisteminin gücləndirilməsi üçün yeni avadanlıqlar alınacaq

Xəbər - Samir Əli – Trend:

Azərbaycanda soyuq zəncir sisteminin gücləndirilməsi istiqamətində işlər aparılır.

AzerTimes-ın məlumatına görə, bunu Avropa İttifaqının maliyyələşdirdiyi “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsinin rəhbəri Sevinc Həsənova deyib.


O bildirib ki, səhiyyə qurumlarına təhvil vermək üçün soyuq zəncir avadanlıqları sifariş verilib. “Sifarişlər yaxın müddətdə Azərbaycana gətiriləcək. Həmçinin Azərbaycanın səhiyyə müəssisələrində soyuq zəncir sisteminin inventarlaşdırılması prosesinə hazırlıq görülür. Bu proses ÜST-ün onlayn proqramından istifadə etməklə həyata keçiriləcək. Tezliklə səhiyyə müəssisələri soyuducu qurğulu nəqliyyat vasitələri, dondurucu, soyuq qutular, vaksin soyuducusu, peyvənd daşıyıcısı, temperatur monitorinq cihazları və elektron donma indikatoru ilə təmin ediləcək”, – deyə S.Həsənova bildirib.

Teqlər: