Vaksin olunmayan insanlarda “Omikron” ciddi fəsadlar törədir – Nazir

Xəbər - Humay Ağacanova – Trend:

Vaksin olunmayan insanlarda “Omikron” ciddi fəsadlar törədir.

AzerTimes-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hər bir vətəndaş vaksinasiya prosesinə qoşulmalıdır.

“Yalnız bu prosseslə yoluxmanın qarşısını ala bilərik. Dəfələrlə şahid olmuşuq ki, müəyyən dövrlərdə pandemiyanın bitəcəyi düşünülüb. Azərbaycanda artıq 5 milyon insan iki doza vaksin, 2 milyondan artıq insan isə buster doza vaskin alıb. Yüksək vətəndaşlıq məsuliyyəti göstərərək vaksinasiya prossesində iştirak edən insanlara minnətdarlığımı bildirirəm” – deyə o bildirib.

Teqlər: