Ukrayna ordusu Xerson vilayətində rusların canlı qüvvə, texnika və sursat dolu 40 vaqonunu məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.
“İyulun 29-dan 30-na keçən gecə HİMARS sistemlərinin zərbəsi ilə Krımdan canlı qüvvə, texnika və sursatla birlikdə Xerson vilayətinin Brilevka dəmir yolu stansiyasına gələn 40-dan çox vaqondan ibarət eşelonu məhv edilib”, – Geraşenko bildirib.