Ölkəmizdə bu gün neçə nəfər peyvənd olunub?

Ölkəmizdə bu gün neçə nəfər peyvənd olunub?

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 682 vaksin vurulub.

Bu barədə AzerTimes-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 213, ikinci doza vaksinlərin sayı 119 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 130-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 220 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 818 005 təşkil edir.

Teqlər: