Xersona uğurlu hücum üçün bu körpü dağıdılmalıdır

Xersona uğurlu hücum üçün bu körpü dağıdılmalıdır

Xerson vilayətində uğurlu hücum üçün Ukrayna Silahlı Qüvvələri dəmir yolu körpülərini dağıtmalıdır.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Dmitri Sneqirev bildirib.

“Son vaxtlar Ukrayna Silahlı Qüvvələrinə ziyan vuran Xerson vilayətindəki avtomobil körpüsüdür. Antonovski körpüsünün yaxınlığında dəmir yolu körpüsü də var. Məhz bu körpü vasitəsilə ruslar texnika və sursatları aktiv şəkildə daşıyırlar”, – ekspert deyib.

Onun sözlərinə görə, Ukrayna ordusuna işğalçıların logistik marşrutlarını məhv etmək lazımdır:

“Əgər söhbət Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan gedirsə, onda ilk növbədə işğalçıların logistik marşrutlarının keçdiyi dəmir yolu körpülərinə zərbə endirmək lazımdır. Buna görə də Ukrayna Silahlı Qüvvələri Xerson yaxınlığında Dnepr üzərindən keçən dəmir yolu körpüsünə diqqət yetirməlidir. Bu, Ukrayna ordusunun Xerson və İzyum istiqamətlərində əks-hücum üçün şəraitini yaxşılaşdıracaq”.

Teqlər: