Xərçəng artıq yaşlı insanların xəstəliyi sayılmır, bu xəstəliyə daha çox gənclər tutulur.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“Həkimlər bu vəziyyətin səbəbini izah edə bilmirlər. Sağlam olmayan həyat tərzi də bu yoluxmanın dəqiq səbəbi sayılmır. Şimali Amerika, Qərbi Avropa və Avstraliyada 50 yaşa qədər xərçəng xəstələrinin sayında kəskin artım qeydə alınıb. Xərçəng diaqnozu qoyulan xəstələr arasında gənclər daha çoxdur. Bu, yəqin ki, bir növ ətraf mühit dəyişikliyindən, yemək, dərman və ya hələ müəyyən edilməyən başqa bir amilə görə yaranır”, – məlumatda deyilir.