Blinken ərəb dövlətlərini husilərə qarşı qaldıra bilmədi

Blinken ərəb dövlətlərini husilərə qarşı qaldıra bilmədi

ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfəri zamanı Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı da daxil olmaqla, ərəb ölkələrini Yəməndəki husi qiyamçılarına qarşı beynəlxalq koalisiyaya qoşulmağa razı sala bilməyib.

AzerTimes xəbər verir ki, bu barədə “Semafor” portalı mənbələrinə istinadla məlumat yayıb.

“Husilərə qarşı mübarizədə xüsusilə mühüm tərəfdaşlar kimi qəbul edilən BƏƏ və Səudiyyə Ərəbistanı hərbi əməliyyatlara dəstək verməkdə maraqlı olmayıblar. Misir və Qətər də bu cür əməliyyatlara qoşulmaq niyyətində deyil, çünki bu, Yaxın Şərq münaqişəsində İsrail və onun Qərb müttəfiqlərinin tərəfini tutmaq kimi görünə bilər”, – mənbə bildirib.

Portal qeyd edib ki, regional tərəfdaşların dəstəyinin olmaması ABŞ-ın husilərə qarşı həm döyüş meydanında, həm də ritorika baxımından əməliyyat keçirmək planlarını poza bilər.

Qeyd edək ki, ABŞ-ın husilərə qarşı əməliyyatına yeganə dəstək verən ölkə Bəhreyn olub.

Teqlər: