Xərçəng diaqnozu qoyulan Ostindən yeni xəbər

Xərçəng diaqnozu qoyulan Ostindən yeni xəbər

Yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə yerləşdirilən ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan buraxılıb.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin bəyanatında bildirilib.

“Nazir hələ də müalicə alır və həkimlərinin göstərişi ilə Pentaqona qayıdana qədər öz vəzifələrini bir müddət uzaqdan yerinə yetirəcək”, – bəyanatda vurğulanıb.

Pentaqon Ostinin təhlükəsiz rabitə kanallarına tam çıxışı olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri prostat xərçəngi diaqnozundan müalicə alır.

Teqlər: