Xəbərdarlıq: Tehrana “kimyəvi yağış” yağır

Xəbərdarlıq: Tehrana “kimyəvi yağış” yağır

Tehranda hava çirkliliyi təhlükəli səviyyəyə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə Tehran Meteorologiya Mərkəzi məlumat yayıb.

“Şəhər səmasında duman və yağışların tərkibində kimyəvi maddələr var. Şəhərə düşən yağışı “kimyəvi yağış” adlandırmaq olar”, – mərkəzin məlumatında bildirilib.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin açıqlamasına görə, hər il İranda hava çirkliliyi səbəbi ilə təxminən 27 min nəfər həyatını itirir. Həyatını itirənlərin 6 mindən çoxu Tehran şəhərinin sakinləridir.

Teqlər: