Xavyer Kolomina Bakıya gəlir

Xavyer Kolomina Bakıya gəlir

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistan və Azərbaycana səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Brüsseldəki qərargahı məlumat yayıb.

“Səfər bu həftə baş tutacaq və regional xarakter daşıyacaq. Xavyer Kolomina səfər zamanı yüksək səviyyəli rəsmilərlə regionda təhlükəsizlik sahəsində baş verən hadisələr və NATO-nun bu ölkələrlə tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, səfərin dəqiq tarixi açıqlanmır.

Teqlər: