Xatəmi heç kəsə səs verməməyinin səbəbini açıqladı

Xatəmi heç kəsə səs verməməyinin səbəbini açıqladı

Mən bilərəkdən və vicdanla səs verməmişəm ki, heç kimə yalan danışmayım.

AzerTimes xəbər verir ki, bunu İranın eks-prezidenti Məhəmməd Xatəmi seçkilərdə bitərəf qalması ilə bağlı şayiələrə reaksiya olaraq deyib.

“Bu dəfə qərara gəldim ki, əgər xalq üçün heç nə edə bilmirəmsə, bir çıxış yolu olduğuna dərindən inanan, bir çox narazı insanın yanında olum. Mən heç kimə yalan danışmamaq üçün şüur və vicdanla səs verməmişəm. Xalqın səsverməsinə qarşı olmadan, indiki əlverişsiz şəraitdə səs verməməyi hətta nisbi səsvermənin başqa bir yolu hesab edirəm”, – o bildirib.

Teqlər: