Xarkovun ən təhlükəli bölgələrindən azərbaycanlılar Polşa sərhədinə evakuasiya edilib

Xarkovun ən təhlükəli bölgələrindən 30 həmvətənimiz
Ukrayna-Polşa sərhədinə evakuasiya edilib.

Bu barədə AzerTimes-a
Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğundan
məlumat verilib.

Bildirilib ki, konsulluq ştat rejimində fəaliyyətini davam
etdirir:

“Konsulluq əməkdaşları Xarkov vilayət ərazisində olan
həmvətənlərimizin yerlərinin müəyyənləşdirilməsi və qeydiyyatı
prosesini davam etdirir.

Ötən 24 saat ərzində müraciət etmiş 300-dən çox soydaşımız
qeydiyyata alınıb və onlar təhlükəsizlik məsələləri ilə bağlı
təlimatlandırılıb.

Eyni zamanda ən təhlükəli bölgələrdən 30 nəfər həmvətənimiz
Xarkov şəhərindən Ukrayna-Polşa sərhədinə evakuasiya edilib. Fəxri
konsulluq Xarkov vilayət adminstrasiyasının operativ qəragahı ilə
kommunikasiya kanalı formalaşdırıb və vəziyyətdən asılı olaraq
həmvətənlərin evakuasiyası prosesi davam etdiriləcək. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının
Fövqaladə Hallar Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin
rəhbərliyi prosesi daim nəzarətdə saxlayır. Xarkov vilayətində
vəziyyət gərgin olaraq qalmaqdadır. Buna görə bir daha
həmvətənlərimizi olduqları yerləri tərk etməməyə, hərbi obyektlərin
yerləşdikləri ərazilərə yaxınlaşmamağa çağırırıq.

Konsulluq əməkdaşları sosial media hesablarını izləyir və sosial
media kanallarında Xarkov vilayətində olan həməvənlərimizin
müraciətləri dərhal tərəfimizdən araşdırılır və onlarla mütəmadi
kommunikasiya əlaqəsi təmin edilir”.

Teqlər: