Xarkovda komendant saatının müddəti azaldıldı

Xarkovda komendant saatının müddəti azaldıldı

Ukraynanın Xarkov vilayətində komendant saatının müddəti azaldılıb.

AzerTimes xəbər verir ki, bu barədə Xarkov hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Onun sözlərinə görə, qərar biznes, dolanışıq təmin edən müəssisələrin, nəqliyyat işçilərinin və s. nümayəndələrin çoxsaylı müraciətlərinə cavab olaraq qəbul edilib.

“Düşməni sıxışdırıb çıxaran Silahlı Qüvvələrimizin sayəsində bizi çox çətin qış gözləsə də, yerli sakinlər tədricən Xarkov şəhərinə və bölgənin icmalarına qayıdırlar. Buna uyğun olaraq qida zəncirlərinin daha uzun müddət fəaliyyət göstərməsinə ehtiyac yaranıb. Bu qərar hərbi rəhbərliklə razılaşdırılıb. İndi təhlükəsizlik vəziyyəti bizə komendant saatının müddətini azaltmağa imkan verir”, – Sinequbov bildirib.

Qeyd edək ki, daha öncə Xarkovda komendant saatı 23:00-dan 05:00-a qədər idisə, hazırda bu müddət 00:00-dan 05:00-ə kimi qüvvədə olacaq.

Teqlər: