Xarkovda ağır döyüşlər: Ukrayna bu şəhəri azad etdi

Xarkovda ağır döyüşlər: Ukrayna bu şəhəri azad etdi

Ukrayna ordusu Xarkov istiqamətində hücumlarını davam etdirir.

AzerTimes xəbər verir ki, Rusiya Teleqram kanalları Balakleya uğrunda ağır döyüşlərin getdiyini, şəhərin artıq operativ mühasirəyə alındığını yazıblar.

Məlumata görə, Kupyanska gedən yolun üzərində yerləşən Şevçenkovo şəhəri artıq Ukrayna ordusunun əlindədir. Buna görə də ruslar artıq Kupyanskda təxliyəyə başlayıblar. Hətta bəzi kanallar ukraynalıların Kupyanskın cəmi 2 kilometrliyində olduqlarını yazırlar.

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Balakleyanın şərqində və İzyumun şimalında yerləşən Kunye kəndi yaxınlığındakı strateji əhəmiyyətli qovşağa çatmasının qarşısını almaq üçün Savintsi və Vişnyovoyeni əlində saxlamağa çalışır.

Ukrayna mətbuatı isə ordunun İvanovka kəndini azad etdiyini yazıb.

Teqlər: