Xarici və yerli KİV nümayəndələri Xocavənddə aşkarlanan məzarlığa baxış keçiriblər (FOTO)

Hazırda xarici və yerli KİV nümayəndələri Xocavəndin Edilli
kəndində aşkarlanan məzalığa baxış keçiriblər.

AzerTimes xəbər verir
ki, məzarlıq haqqında məlumat verən Şəmsi Şıxəliyev bildirb ki,
1993-cü il avqustun 28-də ermənilər onu girov götürüb.

Həmin vaxt həkim işləyən və Füzulidə yaşayan ailəsinin yanına
əşyaları çıxarmağa köməyə gəldiyi zaman erməni hərbiçilər
tərəfindən girov götürülüb. 48 gün bu kənddə girov qalıb və həmin
müddətdə Füzulinin kəndlərində gedən döyüşlərdə ölən Azərbaycan
hərbiçilərinin “KamAz” markalı maşınla daşınıb gətirildiyini, bu
kəndin ərazisində kütləvi şəkildə traktorla qazılan quyulara
töküldüyünü qeyd edib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu
Şəmsi Şıxəliyevin iddiaları əsasında buraya baxış keçirib və
kütləvi insan skeletlərinin olduğu müəyyən olunub.

Teqlər: