Xarici Ticarətiniz Ziraat Bank Azərbaycan ilə daha Etibarlı!

Ölkələrin dayanıqlı inkişafının təmin edilməsində xarici
ticarətin çox mühüm rolu vardır. İstehsal olunan məhsul və
xidmətlərin ixrac sahəsinin genişləndirilməsində və ölkəyə idxal
edilən məhsul və xidmətlərin zamanında, effektiv idxalının təmin
edilməsində isə Bankların təqdim etdiyi təkliflər xüsusi əhəmiyyət
kəsb edir.

Ölkə iqtisadiyyatının inkişafını əsas missiyası olaraq
mənimsəyən “Ziraat Bank Azərbaycan” ASC xarici ticarət ilə məşğul
olan sahibkarlara bank dəstəyinin verilməsini özünün prioritet
məsələsi kimi müəyyən etmişdir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu
“Global Finance” nəşri Ziraat Bank Azərbaycanı Respublikada “İlin
ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” nominasiyasına
layiq görmüşdür.

Bankın Dünyanın 18 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə
Qrupunun üzvü olması ona ticarət istiqamətində müqayisəli
üstünlüklər təmin edir. Belə ki, Ziraat Bank Azərbaycan xarici
ticarətdə istifadə edilən Akkreditiv və Bank zəmanət məktublarını
öz geniş müxbir şəbəkəsi vasitəsilə dünyanın müxtəlif ölkələrinə
sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Bank eyni zamanda bu
sahədə kifayət qədər təcrübəsi olmayan və ya ilk dəfə ixrac və
idxalda bu xidmətlərdən istifadə edən müştərilərə ödənişsiz
məsləhət, akkreditiv və qarantiya mətnlərinin hazırlanmasına dəstək
kimi xidmətlərini də təqdim edir. Bununla yanaşı, Ziraat Bank
Azərbaycan ixrac və idxalın istər bankın resursları hesabına,
istərsə də beynəlxalq tərəfdaşlarının təqdim etdiyi sərfəli
maliyyələşmə imkanları hesabına maliyyələşdirilmənin də həyata
keçirilməsini təmin edir.

Ticarətə verdiyi töhfələrlə kifayətlənməyən Bank, xarici ticarət
ilə məşğul olan müştərilərinin təlabatlarına müvafiq təklif etdiyi
xidmətlərinin əhatə dairəsini genişləndirməyə davam edir. Belə ki,
Bank tərəfindən verilən məlumata əsasən Azərbaycanda fəaliyyət
göstərən şirkətlərin Ziraat Maliyyə Qrupunun fəaliyyət göstərdiyi
ölkələrdən olan sahibkarlarla əlaqələrinin təmin edilməsi üçün
xüsusi platformanın hazırlanma layihəsi davam etdirilir və yaxın
zamanda bankın müştəriləri bu müqayisəli üstünlükdən faydalanaraq
xaricdə öz məhsullarına yeni bazarlar əldə etmək imkanına sahib
olacaqlar.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.

Teqlər: