Xarici müşahidəçilər Ağdamı Qafqazın Xirosiması adlandırırlar – Ombudsman

Ağdam. Fərid Zöhrabov – Trend:

Xarici müşahidəçilər Ağdamı Qafqazın Xirosiması adlandırırlar.

AzerTimes-ın Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva deyib.

Ombudsman bildirib: “Bu gün biz faktaraşdırıcı missiyanı Ağdam şəhərində keçiririk. Ağdam ölkəmizin ən müasir, ən gözəl şəhərlərindən biri idi. Bu gün gördüyümüz Ağdam tamamən yerlə-yeksan olunmuş, dağıntılara məruz qalmış şəhərdir. Xarici müşahidəçilər Ağdamı ziyarət edərkən buranı Qafqazın Xirosiması adlandırırlar.

Bu, təsadüf yox, obyektiv ifadədir. Hər şey göz qarşısındadır. Bu, bizim millətimizə, ölkəmizə, dövlətimizə qarşı vandalizm, mədəni irsimizin dağıdılmasıdır. Burada topladığımız faktlar gələcəkdə beynəlxalq hüquq müstəvisində müvafiq məhkəmə proseslərində sübut qismində təqdim olunacaq. Dünya praktikasına əsasən, təzminat tələbi irəli sürülür və təzminat tələbinin təmin olunmasında bu cür hesabatların çox böyük əhəmiyyəti var.

Faktaraşdırıcı missiya ən çox dağıntılara məruz qalmış Ağdam, Füzuli, Gəncə, Naftalana gedəcək. Daha sonra isə Tərtərə gedəcəyik”.

Teqlər: