Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə Niderland polisi bildirib.

Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub.


Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.