Xarici İşlər Nazirliyində kollegiya iclası keçirilib

11 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası xarici
işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Xarici İşlər
Nazirliyinin (XİN) Kollegiya iclası keçirilib.

XİN-dən AzerTimes-a verilən
məlumata görə, iclasda kollegiya üzvləri xarici işlər nazirinin
müavinləri, ADA Universitetinin rektoru, XİN-in Hüquqi Təminat
İdarəsinin rəisi və Naxçıvan İdarəsinin rəisi iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının xarici siyasətinin hazırkı
durumu və inkişaf istiqamətləri, xarici dövlətlərlə ikitərəfli
münasibətlər, o cümlədən cari ildə diplomatik əlaqələrin
qurulmasının 30 illiyi ilə bağlı tədbirlərin təşkili, beynəlxalq
təşkilatlar ilə əlaqələr, o cümlədən ölkəmizin Qoşulmama
Hərəkatında, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda
sədrliyi, eləcə də kadr məsələləri və digər mövzular müzakirə
edilib.

Teqlər: