Jurnalistlərə güzəştli ipoteka verilməsi Prezident İlham Əliyevin mətbuata çox böyük töhfəsidir – Əhməd İsmayılov (FOTO/VİDEO)

Bu həftə Prezident İlham Əliyev “Media haqqında” Qanunu
təsdiqlədi və jurnalistlərə güzəştli ipoteka verilməsi ilə bağlı
müvafiq fərman imzaladı.

Bununla bağlı AzerTimes BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinin suallarını Medianın İnkişafı Agentliyinin (MEDİA)
icraçı direktoru Əhməd İsmayılov cavablandırıb.

Ə.İsmayılov jurnalistləri və ictimaiyyəti maraqlandıran bir çox
məqamlara aydınlıq gətirib. O, xüsusilə qeyd edib ki, Azərbaycanda
jurnalistlərin güzəştli kateqoriyaya aid edilməsi Prezident İlham
Əliyevin mətbuata olan növbəti böyük töhfəsidir.

MEDİA-nın icraçı direktoru bildirib ki, “Media haqqında” Qanunun
qəbul olunması və təsdiqlənməsi, media reyestrinin yaradılması
jurnalistikaya sistemli yanaşmanın tətbiq olunmasına imkan
verəcək.

Ə.İsmayılov, həmçinin “Media haqqında” Qanunun bundan sonra
jurnalistlərin fəaliyyətində, həyatında nəyi dəyişəcəyini, Media
Reyestrinin vacibliyinin nədən ibarət olduğunu, reyestrin
hazırlanması istiqamətində hansı işlər görüldüyünü açıqlayıb.

Bəs, jurnalistika sahəsində çalışan xeyli sayda texniki işçi də
reyestrə daxil edilərək güzəştli ipoteka ala biləcəkmi? Güzəştli
ipotekadan əlavə, jurnalistlər üçün hər hansı digər güzəştlərin
tətbiqi nəzərdə tutulurmu? İcraçı direktor bu sualları da
cavablandırıb.

Müsahibənin geniş videoversiyasını təqdim edirik:

Teqlər: