Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib

Xəbər - Orxan Nəbiyev – Trend:

Qazaxıstanın cənubundakı Jambıl vilayətində hərbi hissənin anbarında baş vermiş partlayış bizi çox kədərləndirib.

AzerTimes-ın məlunatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində yazılıb.

Nazirlik bildirib: “Bu faciəvi hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk, yaralananlara şəfa diləyirik”.

Xatırladaq ki, ötən gün Jambıl vilayətində hərbi hissənin silah anbarında baş vermiş partlayışda 9 nəfər həlak olub, 100-ə yaxın şəxs yaralanıb.

Teqlər: