“Bayraktar” yeni PUA-ları üç gün sonra təqdim edəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin “Baykar” şirkəti avqustun 29-da “Akıncı” zərbə pilotsuz uçuş aparatlarının (PUA) təhlükəsizlik qüvvələrinə təhvil veriləcəyini elan edib.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin “Twitter” səhifəsində yazılıb.


Şirkətin rəhbəri Səlcuk Bayraktarın sözlərinə görə, “Bayraktar Akıncı” zərbə PUA-ları üç gün sonra, avqustun 29-dan Türkiyə səmasını etibarlı şəkildə mühafizə edəcək.