Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları hazırlanacaq

Xəbər - Humay Ağacanova – Trend:

Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və
prosedurları üzrə qayda hazırlanacaq.


Trend
xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin
fevralın 28-də təsdiqlədiyi gənclərin xarici ölkələrin nüfuzlu ali
təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər
üçün Dövlət Proqramında əksini tapıb.

Dövlət Proqramı Azərbaycan vətəndaşı olan istedadlı,
intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan
perspektivli gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində
təhsil almalarını nəzərdə tutur. Bu baxımdan beynəlxalq fənn
olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların
qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin
bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat
səviyyəsini yüksək nəticələrlə başa vurmuş, intellektual səviyyəsi
və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə isə
magistratura səviyyəsində üstünlük veriləcək.


Hazırlanacaq Qaydada gənclərin seçilməsi meyarları və
prosedurları şəffaflıq, ədalətlilik, obyektivlik prinsiplərinə
əsaslanacaq.

Teqlər: