Xaricdə gizlənən 32 şəxs Azərbaycana ekstradisiya edilib

Xəbər - Samir Əli -Trend:

Koronavirus pandemiyasına baxmayaraq, prokurorluq orqanları beynəlxalq əməkdaşlığı gücləndirib.

Ötən il koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr möhkəmləndirilib.

Rusiya , Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan Baş prokurorluqları, Belarus İstintaq Komitəsi ilə ikitərəfli əməkdaşlıq sənədləri imzalanmış, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Baş Prokurorları Şurasının ilk iclası Bakıda keçirilməklə Şura təsis olunmuşdur.


Qurumun xarici tərəfdaşlarla səmərəli əməkdaşlığının təzahürü olaraq ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilməklə xaricdə gizlənən 32 şəxs tutularaq ölkəmizə ekstradisiya edilmişdir.

Teqlər: