Xaricdə doktoranturaya ikinci sənəd qəbulunun tarixi açıqlanıb

İyulda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali
təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə
Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair
2022-ci il üzrə ikinci sənəd qəbuluna başlanılacaq.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat
verilib.

Nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas
istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya
hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları proqrama
müraciət edə bilərlər. Proqrama müraciət tarixləri iyul-sentyabr
aylarını əhatə edəcək.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı ilə
keçiddən tanış ola bilərsiniz.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət etmək
mümkündür.

Teqlər: