Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun müddəti uzadıldı

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulunun müddəti uzadılıb.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 15 yanvar 2021-ci il saat 23:59-dək uzadılıb.

Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

www.yenicag.az

Teqlər: