Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili üçün sənəd qəbulu davam edir.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 avqust 2021-ci il saat 23:59-dək davam edəcək.

Sənəd qəbuluna dair ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

Twitter: @ElchinMehdiyev

Teqlər: