“Xarıbülbül” inşa müsabiqəsini qalibləri mükafatlandırılıb (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin XI-XI sinif şagirdləri arasında İkinci Qarabağ müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

AzerTimes-ın məlumatına görə, birinci yerin qalibi Bakı şəhəri, Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın XI sini şagirdi İsayeva Tuba Murad qızı olub.

İkinci yeri Xəzər rayonu 23 nömrəli tam orta məktəbin X sinif şagirdi Kərimzadə Pərvanə Sadiq qızı, üçüncü yeri isə Nəsimi rayonu 151 nömrəli məktəbin IX sinif şagirdi Eminli Müjgan Vidadi qızı tutub.

İlk üç yerin qaliblərinə və onların təhsil aldığı məktəbin rəhbərliyinə Fəxri fərman və hədiyyələr təqdim olunub, 7 şagird isə inşa müsabiqəsində fərqləndiyinə görə təltif ediliblər.

Qeyd edək ki, müsabiqəyə 32 inşa təqdim olunub. Yazılar 10 ballıq sistemlə qiymətləndirilib və münsiflər heyətinin yekun qərarına əsasən qaliblər müəyyənləşdirilib.

Teqlər: