Xankəndidən daha 11 xəstə İrəvana aparıldı

Xankəndidən daha 11 xəstə İrəvana aparıldı

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 11 xəstə Xankəndidən Ermənistana aparılıb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Sağalan 10 xəstə isə Ermənistandan Xankəndiyə qaytarılıb.

Qeyd edək ki, Laçın yolunda aksiya başlayandan indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 337 xəstə Xankəndidən Ermənistana aparılıb.

Teqlər: