Xankəndidə sabaha olan hava proqnozu açıqlandı

Xankəndidə sabaha olan hava proqnozu açıqlandı

Xankəndi şəhərində gecə 5-3, gündüz isə 2-0 dərəcə şaxta olacaq. Hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata əsasən, gün ərzində şərq küləyi əsəcək.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində havanın gün boyu əsasən yağmursuz, arabir duman olacağı gözlənilir.

Şuşada gecə 6-4, gündüz 3-1 dərəcə şaxta, Laçında gecə 7-4, gündüz 3-1 dərəcə şaxta, Xocalıda gecə 4-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti, Xocavənddə gecə 0, gündüz 5-3 dərəcə şaxta, Kəlbəcərdə gecə 10-8, gündüz 4-2 dərəcə şaxta, Ağdamda isə gecə 2-0 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Teqlər: