Xankəndidə nə qədər seçici səs verəcək? – MSK sədri

Xankəndidə nə qədər seçici səs verəcək? – MSK sədri

Gələn il fevralın 7-də növbədənkənar Prezident seçkilərində Xankəndidə 800-900 seçici səs verəcək.

AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq azad olunmuş ərazilərdə 26 fəaliyyət göstərən seçki məntəqəsi yaradılıb:

“Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu kifayət qədər yaxşı rəqəmdir”.

Teqlər: