Xankəndidə əcnəbilər varmış – Qırmızı Xaç 4-nü çıxartdı

Xankəndidə əcnəbilər varmış – Qırmızı Xaç 4-nü çıxartdı

Beynəlxalq Qırmızı Xaç Komitəsi Xankəndidən 4 əcnəbini çıxarıb.

AzerTimes xəbər verir ki, bu sözləri BQXK-nin Ermənistandakı nümayəndəliyinin kommunikasiya proqramının rəhbəri Zara Amatuni erməni mediasına deyib.

O bildirib ki, BQXK Xankəndidən 4 əcnəbini Ermənistana aparıb. Onların “müxtəlif xəstəlikləri” olub və Ermənistana aparılmaları üçün BQXK-yə müraciət ediblər.

Qeyd edək ki, bu fakt Laçın yolundan bir daha qanunsuzcasına istifadə edildiyini göstərir. Laçın yolu humanitar dəhliz kimi yalnız Qarabağdakı ermənilərin maneəsiz gediş-gəlişi üçün nəzərdə tutulb. Xarici ölkə vətəndaşlarının Azərbaycanın icazəsi olmadan o yoldan istifadə etməsi və Xankəndiyə gəlməsi qanunsuzluqdur.

Buna baxmayaraq, rus sülhməramlılar Ermənistan vətəndaşları da daxil olmaqla, istənilən əcnəbinin, hətta İran terrorçularının da Qarabağa gəlməsinə şərait yaradır.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı, talanması və Laçın yolu ilə xaricə daşınması, ekologiyaya ciddi ziyan vurulması, Laçın yolundan silah daşınması və terrorçuların Qarabağa göndərilməsi üçün istifadə edilməsinə etiraz olaraq 12 dekabrdan Şuşa-Xankəndi yolunda aksiya keçirirlər. Aksiya iştirakçıları humanitar yüklərin və sadə insanların keçidinə heç bir problem yaratmırlar.

Teqlər: