Xankəndidə “aksiya” keçirən ermənilər ifşa oldu – Foto

Xankəndidə “aksiya” keçirən ermənilər ifşa oldu – Foto

Bu gün Xankəndinin mərkəzində bir qrup ermənilər aksiya keçirməyə cəhd ediblər.

AzerTimes xəbər verir ki, aksiya Xankəndi və ətrafında yaşayan ermənilərin sayı, eyni zamanda “humanitar fəlakət” yalanlarını tam şəkildə ifşa edir.

“Aksiyaya” toplaşanlar saylarının həddən artıq az olduğunu və heç bir diqqət çəkmədiklərini görərək, “qərar” veriblər ki, başqa gün təyin edək və azərbaycanlı ekofəallarla danışmağa cəhd göstərək.

Qeyd edək ki, Qarabağ göndərilən və burda özünü “dövlət naziri” kimi təqdim edən Ruben Vardanyan da 17 dekabra aksiya elan etmişdi. Ancaq qısa müddətdən sonra aksiyanı ləğv etməyə məcbur oldu. Çünki aksiya keçiriləcəyi halda əslində Ermənistanın elan etdiyi kimi, Xankəndi və ətrafında 120 min deyil, cəmi bir neçə min nəfərdən ibarət erməni icmasının yaşadığı üzə çıxacaqdı.

Buna baxmayaraq, bugünkü aksiya cəhdi ilə ermənilər özlərini ifşa etmiş oldular. Bəlli oldu ki, Laçın yolundan qanunsuz daşımalar olmadığı halda Xankəndidə hansısa “irimiqyaslı aksiya” keçirmək mümkün deyil.

Xankəndi və ətrafında bir ovuc erməni icması yaşayır və onlar da hər hansı “humanitar fəlakətlə” üzləşməyiblər. Çünki yol humanitar yüklər və sadə insanlar üçün açıqdır. Əgər hər hansı “humanitar fəlakət” olsaydı, heç olmasa, bugünkü aksiyaya orda olan-qalan ermənilər toplaşardı.

Xatırladaq ki, aksiyadan nə video, nə də geniş fotoşəkillər paylaşılıb. Yalnız bir kiçik foto yerləşdirilib. Amma bu foto da “aksiya” haqda təsəvvür üçün kifayətdir.

Teqlər: