Xankəndidə 6 dərəcə şaxta olacaq

Xankəndidə 6 dərəcə şaxta olacaq

Xankəndi şəhərində gecə 6-4, gündüz isə 2-0 dərəcə şaxta olacaq. Hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata əsasən, gün ərzində şərq küləyi əsəcək.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində gün boyu hava əsasən yağmursuz, arabir duman olacaq.

Şuşada gecə 6-4, gündüz 2-0 dərəcə şaxta, Laçında gecə 6-4, gündüz 3-1 dərəcə şaxta, Xocalıda gecə 3-1 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Xocavənddə gecə 0-2, gündüz 3-5 dərəcə isti, Kəlbəcərdə gecə 12-10, gündüz 4-2 dərəcə şaxta, Ağdamda isə gecə 0-2 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Teqlər: