Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
AzerTimes xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib.
Bu gün Xankəndi istiqamətindən Laçın istiqamətinə doğru 10-dan artıq təminat yükü daşıyan maşın keçib.
Bu, bir daha göstərir ki, yol açıqdır, təminat və digər humanitar məqsədli keçid üçün aksiyaçılar tərəfindən şərait yaradılır.