Türkiyə Gürcüstana aviasiya texnikası verdi

Türkiyə Gürcüstana aviasiya texnikası verdi

Türkiyə hökuməti Gürcüstan Müdafiə Qüvvələrinə aerodromlar üçün xüsusi texnika və hərbi helikopterlərin ehtiyat hissələri bağışlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyənin aviasiya və hava hücumundan müdafiə komandanlığı aerodrom üçün Gürcüstana iki ədəd xüsusi texnika və UH-1H helikopterlərinin ehtiyat hissələrini hədiyyə edib”, – məlumatda deyilir.

Qeyd edilir ki, təhvil-təslim mərasimi Tiflis yaxınlığındakı Marneuli aviabazasında baş tutub. Müvafiq memorandumu Gürcüstanın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Serqo Ninua və Türkiyənin hərbi attaşesi Burak Altıner imzalayıblar.

Teqlər: