Xankəndi-Şuşa yolunda müzakirə – Yeni video

Xankəndi-Şuşa yolunda müzakirə – Yeni video

Xəbər verdiyimiz kimi, ötən gün (3 dekabr 2022) saat 11.00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar və 3 saat müzakirələr gedib.

AzerTimes xəbər verir ki, müzakirənin getdiyi müddətdə yolda hərəkət dayandırılıb.

Məqsəd isə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsidir.

Daha sonra tərəflər Rusiya sülhməramlı kontingentinin Xocalıda yerləşən qərargahında müzakirəni davam etdirmək qərarı veriblər.

Xatırladaq ki, bundan əvvəl rus sülhməramlıların məsuliyyət zonasında yerləşən Azərbaycanın qızıl yataqlarının Qarabağa məqsədli şəkildə göndərilən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan (o, separatçıların “dövlət naziri” də təyin edilib) və Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov tərəfindən talanaraq, Laçın yolu ilə ölkəmizdən daşındığı haqda məlumat yayılmışdı.
Sülhməramlı kontingentin nəzarət məntəqəsində bu gün aparılan müzakirələrdən yayılan yeni kadrları təqdim edirik:

Teqlər: