Xanımı Vaqif Səmədoğlu medalına layiq görüldü

Xanımı Vaqif Səmədoğlu medalına layiq görüldü

“Vaqif Səmədoğlu medalı” mərhum şairin xanımına təqdim edilib.

Bu barədə AzerTimes-a Vaqif Səmədoğlu Mərkəzinin təsisçisi, hüquqşünas Səməd Vəkilov məlumat verib.

S.Vəkilov bildirib ki, Vaqif Səmədoğlu irsinin tədqiqi, mühafizəsi və təbliğindəki xidmətlərinə görə Mərkəzin İdarə Heyətinin qərarı ilə fəlsəfə elmləri doktoru Nüşabə Babayeva-Vəkilova “Vaqif Səmədoğlu medalı” ilə təltif olunub.

Təqdimat bu gün Nüşabə B.Vəkilovanın Vaqif Səmədoğluna həsr edilmiş “Sən mənim yuxumsan” adlı kitabı ilə bağlı LİBRAF kitab evində “Parlaq imzalar” nəşriyatının Vaqif Səmədoğlu Mərkəzi ilə birgə təşkil etdiyi oxucularla görüş zamanı baş tutub.

Teqlər: