Xamenei bu gün Nikola nəyin işarəsini verdi?..

Xamenei bu gün Nikola nəyin işarəsini verdi?..

İranın ali dini lideri Əli Xameneinin mərhum Prezident İbrahim Rəisinin vida mərasimində iştirak etmək üçün bu gün Tehranda olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı söylədiyi bəzi fikirlərin alt qatı var. “Mərhum prezidentimizin Ermənistanın sərhəd problemlərinə böyük həssaslığı var idi” deyən ali dini lider bu həssaslığın və diqqətin bundan sonra da nəzərə alınacağını bildirib.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Böyük ehtimalla ali dini lider bunu dedikdə ya Azərbaycanın Ermənistanla şərti sərhəddə strateji yüksəklərə nəzarət etməsini, ya da Zəngəzur dəhlizini nəzərdə tutub. Xamenei Paşinyanı arxayın etmək istəyib ki, İranın gələcək prezidenti də məhrum İbrahim Rəisi kimi Ermənistanın “sərhəd probleminə həssas yanaşacaq”. İranın bu “həssaslığının” heç bir əhəmiyyəti yoxdur, Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşir, dəhlizlə bağlı da danlışıqlar davam edir və Tehran bu prosesə qarışa bilmir”, – politoloq bildirib.

Onun fikrincə, Xameneinin “İran və Ermənistan arasında münasibətlərin əleyhdarları var, ona görə də hər iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həll olunmalıdır” cümləsi isə elə Nikol Paşinyanın özünə mesajdır:

“Xamenei “münasibətlərin əleydarları var” dedikdə birinci növbədə Amerika Birləşmiş Ştatlarını nəzərdə tutub. Ermənistanın baş naziri İranla münasibətləri inkişaf etdirməklə yanaşı, Tehranın “Böyük şeytan” adlandırdığı həmin ABŞ-la siyasi və hərbi mövzularda dialoqu genişləndirib. Bu siyasət Tehranın və Qumun xoşuna gəlmir. Ona görə də Xamenei “aramızdakı məsələlər diqqətlə həll olunmalıdır” ifadəsi ilə Ermənistanın baş nazirini xəbərdar edib”.

Teqlər: