Yanvarın 2-də Ərdəbil əyalətinin Xalxal şəhərində fars dilində səhnəyə qoyulan “Axərin name” (Sonuncu məktub) tamaşasının nümayişi dayandırılıb.
AzerTimes xəbər verir ki, buna səbəb tamaşanın biletlərinin alınmaması olub. Buna görə də tamaşanın nümayişi dayandırılıb.
Qeyd edək ki, bundan öncə Xalxalda Azərbaycan türkcəsində bir günlük səhnəyə qoyulan “Çay” tamaşasının nümayişi yüksək maraq səbəbi ilə daha 4 gün uzadılmışdı.