Güneydə “Omikron”un yeni variantları tapıldı

Güneydə “Omikron”un yeni variantları tapıldı

İranın Şərqi Azərbaycan əyalətində “Omikron”un “BQ1” və “XBB” adlı yeni alt ştammı müşahidə olunub.

AzerTimes xəbər verir ki, bu sözləri Təbriz Tibb Elmləri Universitetinin rektor müavini Hüseyn Həqqayi deyib.

O, yoluxan şəxslərin karantinə alındığını deyib.

Onun sözlərinə görə, Çin vətəndaşlarının Şərqi Azərbaycana səfərləri çox olduğu üçün yaxın vaxtlarda yoluxma halları artacaq.

Həmçinin, İran Səhiyyə Nazirliyi də yeni yoluxmalarla bağlı məlumat yayaraq, qarşıdakı həftələrdə koronovirusun 8-ci dalğasının başlayacağı barədə xəbərdarlıq edib.

Teqlər: